Türkiyə Ticarət Naziri İranla qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsini vurğulayıb
https://parstoday.ir/azeri/news/west_asia-i9652-türkiyə_ticarət_naziri_İranla_qarşılıqlı_əlaqələrin_və_əməkdaşlığın_genişləndirilməsini_vurğulayıb
Türkiyə Ticarət naziri İran İslam Respublikasının Yol və Şəhərsalma naziri ilə birgə mətbuat konfransında hər iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
(last modified 2025-01-29T07:16:42+00:00 )
Yan 27, 2025 16:15 Asia/Baku
  • Türkiyə Ticarət Naziri İranla qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsini vurğulayıb

Türkiyə Ticarət naziri İran İslam Respublikasının Yol və Şəhərsalma naziri ilə birgə mətbuat konfransında hər iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsini vurğulayıb.

 

İranın Yol və Şəhərsalma Nazirliyinin xəbər saytı müxbirinin məlumatına görə, bu gün günorta Ankarada keçirilən birgə mətbuat konfransında Türkiyə Ticarət naziri Ömər Bolat İran və Türkiyə arasında 29-cu Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına və bu komissiyanın memorandum sənədinin imzalanmasına, həmçinin hər iki ölkə arasında 30 milyard dollarlıq ticarət hədəfinə toxunaraq, 2024-cü ildə iki ölkə arasında ticarətin artdığını və Türkiyə şirkətlərinin İrana təxminən 2 milyard dollar investisiya qoyduqlarını bildirib.