Türkiyə İŞİD-a təlim keçərək İraq və Suriyaya qarşı plan hazırlayır
https://parstoday.ir/azeri/news/west_asia-i9838-türkiyə_İŞİd_a_təlim_keçərək_İraq_və_suriyaya_qarşı_plan_hazırlayır
Bağdad Əl-Yəvm xəbər saytı kürd mənbələrinə istinadən: Əzaz və İdlib yaxınlığındakı ərazilərdə onlarla düşərgə yaradılıb və İŞİD ünsürləri Türkiyə təlimləri altında intensiv hərbi təlim keçir.
(last modified 2025-02-10T08:01:20+00:00 )
Fev 07, 2025 20:08 Asia/Baku
  • Türkiyə İŞİD-a təlim keçərək İraq və Suriyaya qarşı plan hazırlayır

Bağdad Əl-Yəvm xəbər saytı kürd mənbələrinə istinadən: Əzaz və İdlib yaxınlığındakı ərazilərdə onlarla düşərgə yaradılıb və İŞİD ünsürləri Türkiyə təlimləri altında intensiv hərbi təlim keçir.

 

Təlim keçən terrorçuların sayı təxminən 1200-ə yaxındır ki, onların da əksəriyyəti İraqın Mosul, Səlahəddin və Əl-Şərqat sakinləridir və hazırda türk əsgərləri tərəfindən hərbi təlim görürlər.

Təlim düşərgələri Suriya daxilində bir neçə bölgədə yerləşir ki, bunlardan da ən mühümləri İdlibin sərhəd bölgələrində, Bab əl-Səlamə (Hələb) düşərgəsi və Əzaz yaxınlığındakı Bərkudan düşərgəsidir.

Türkiyənin bu terrorçuları hazırlamaqda məqsədi Suriyanın şimal-şərqində, o cümlədən Mənbəc, Afrin və Kobanidə hərbi əməliyyatlar aparmaqdır.

Türkiyə bu qüvvələri İraqa göndərməklə kürd təhlükəsizlik qüvvələrini hədəf almağa çalışır.