Yaponiyanın Baş naziri ərəb ölkələrinə səfər edəcək
https://parstoday.ir/azeri/news/world-i1084-yaponiyanın_baş_naziri_ərəb_ölkələrinə_səfər_edəcək
Yaponiyanın Baş naziri Fumio Kisida Yaxın Şərqə səfər edəcək.
(last modified 2023-07-18T07:18:04+00:00 )
İyul 16, 2023 11:27 Asia/Baku
  • Yaponiyanın Baş naziri ərəb ölkələrinə səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kisida Yaxın Şərqə səfər edəcək.

 

“Report” xəbər verir ki, o, Qətərə, Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etməyi planlaşdırır.

Kisidanın səfərləri Avropa turu başa çatdıqdan dərhal sonra planlaşdırılıb. Hər üç ölkə enerji ticarəti məsələlərində Yaponiyanın mühüm tərəfdaşıdır.

Qeyd olunub ki, yaponiyalı diplomat hər üç ölkənin rəhbər şəxsləri ilə görüşlər keçirəcək.

Müzakirə olunan əsas mövzu qaz və neft tədarükü məsələsidir. Çünki, Yaponiya təbii qazının böyük hissəsinin Qətərdən, neftinin isə 40 faizini BƏƏ-dən alır. Yaponiyanın Baş naziri hər ölkədə bir gün keçirməyi düşünür.