Yeni Zelandiyada atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb
https://parstoday.ir/azeri/news/world-i1176-yeni_zelandiyada_atışma_nəticəsində_2_nəfər_ölüb_6_nəfər_yaralanıb
Yeni Zelandiyanın Oklend şəhərində atışma baş verib, nəticədə 2 nəfər ölüb, azı 6 nəfər yaralanıb.
(last modified 2023-07-20T04:42:33+00:00 )
İyul 20, 2023 08:41 Asia/Baku
  • Yeni Zelandiyada atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Yeni Zelandiyanın Oklend şəhərində atışma baş verib, nəticədə 2 nəfər ölüb, azı 6 nəfər yaralanıb.

 

 

Məlumata görə, ölənlərin olması barədə də məlumat var, lakin polis hələ bunu təsdiqləməyib.

Jurnalistlərin məlumatına görə, üç yaralının vəziyyəti ağırdır.

Ölkənin Baş naziri Kris Hipkins bildirib ki, insident nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri hadisəni törədən silahlı şəxsdir.

Oklend meri Ueyn Braun hadisəni törədən silahlının öldürüldüyünü desə də, polis bu məlumatı hələ təsdiqləməyib.