Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34-ə çatıb
https://parstoday.ir/azeri/news/world-i1262-Əlcəzairdə_meşə_yanğınlarında_ölənlərin_sayı_34_ə_çatıb
Əlcəzairin şimal və şərq bölgələrində baş verən meşə yanğınları nəticəsində azı 34 nəfər həyatını itirib.
(last modified 2023-07-25T06:58:57+00:00 )
İyul 25, 2023 10:57 Asia/Baku
  • Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34-ə çatıb

Əlcəzairin şimal və şərq bölgələrində baş verən meşə yanğınları nəticəsində azı 34 nəfər həyatını itirib.

 

 ölkənin Daxili İşlər Nazirliyi ölənlər arasında 10 hərbçinin olduğunu bildirib.

Daha əvvəl ölkədə 15 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə aviasiya daxil olmaqla, 7,5 min yanğınsöndürən və xüsusi texnika cəlb olunub.