Ulyanov:
Tehran maksimum təzyiqə qarşı müqavimət göstərmək gücünə malikdir
Parstoday: Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi ABŞ-ın Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi iddia olunan iqtisadi əməliyyata münasibət bildirərək deyib: “Müsbət nəticələrə yalnız səmimi diplomatiya yolu ilə nail olmaq mümkündür.”
Parstoday-ın IRIB ya istinadən verdiyi məlumata görə, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov ABŞ hökumətinin İrana qarşı həyata keçirdiyi iddia olunan iqtisadi əməliyyata və Donald Trampın İrana dəstək verən istənilən ölkəni cəzalandırmaqla bağlı təhdidlərinə münasibət bildirərək “X” sosial şəbəkəsində yazıb:
“İran onilliklərdir ABŞ-ın sanksiyaları altındadır. Tehran Trampın prezidentliyinin ilk dövründə maksimum təzyiq siyasətinə qarşı müqavimət göstərmək gücünə malik olduğunu nümayiş etdirdi.”
O vurğulayıb: “Əgər Vaşinqton həqiqətən məqsədlərindən hər hansı birinə nail olmaq istəyirsə, yanlış yol seçib. Müsbət nəticələrə yalnız səmimi diplomatiya yolu ilə nail olmaq mümkündür. ABŞ bu reallığı nə qədər tez dərk etsə, bir o qədər yaxşı olar.”