ABŞ Dövlət Departamentinin keçmiş sözçüsü: İrana qarşı sanksiyalar ağacı kəsilib
https://parstoday.ir/azeri/news/world-i14068-abŞ_dövlət_departamentinin_keçmiş_sözçüsü_İrana_qarşı_sanksiyalar_ağacı_kəsilib
ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü və diplomat İrana qarşı yeni sanksiyaları Tramp administrasiyasının çarəsizliyinin əlaməti hesab edərək dedi: "İrana qarşı sanksiyalar ağacı kəsilib".
(last modified 2026-08-21T08:42:55+00:00 )
Avq 21, 2026 12:34 Asia/Baku
  • ABŞ Dövlət Departamentinin keçmiş sözçüsü: İrana qarşı sanksiyalar ağacı kəsilib

ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü və diplomat İrana qarşı yeni sanksiyaları Tramp administrasiyasının çarəsizliyinin əlaməti hesab edərək dedi: "İrana qarşı sanksiyalar ağacı kəsilib".

ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü və diplomat Alan Ayr "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib ki, İran liderlərini tandığımıza görə, onlar mövcudluq təhdidləri ilə qarşılaşdıqda güzəştə getmirlər, çünki bunu ölkələrinə daha çox təzyiq göstərə biləcək zəiflik əlaməti kimi görürlər.

Ayr İrana qarşı sanksiyalar ağacının kəsildiyini bildirərək əlavə edib: "İran rəhbərliyi təslim olmayacaq, lakin İranın dəniz blokadasının qarşısını almaq üçün oxşar addımlar atmaq  ehtimalı daha yüksəkdir".

"The Washington Post" qəzeti də analitiklərə istinadən Donald Trampın İrana qarşı iqtisadi sanksiyaları kəskin şəkildə artırmaqla bağlı son təhdidlərin icrasını mümkünsüz sanıblar.