Dünyadada Koronavirusa yoluxanların sayı 80 faiz artıb, ölənlərin sayı azalıb
https://parstoday.ir/azeri/news/world-i1590-dünyadada_koronavirusa_yoluxanların_sayı_80_faiz_artıb_ölənlərin_sayı_azalıb
İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb
(last modified 2023-08-14T06:58:27+00:00 )
Avq 12, 2023 10:02 Asia/Baku
  • Dünyadada Koronavirusa yoluxanların sayı 80 faiz artıb, ölənlərin sayı azalıb

İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb

İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb.

KİV-i xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində bildirilir.

Qeyd olunur ki, son 28 gün ərzində koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 57% azalıb.

Dünya üzrə iyulun 10-dan avqustun 6-dək COVID-19-a təxminən 1,5 milyon yeni yoluxma qeydə alınıb və infeksiya nəticəsində 2,5 mindən çox insan həyatını itirib. 28 gün ərzində 234 ölkədən 103-ü (44%) ÜST-ə  COVID-19 yoluxmaları barədə məlumat verib.

6 avqust 2023-cü il tarixinə olan məlumata əsasən, bütün dünyada 769 milyondan çox yoluxma və 6,9 milyondan çox ölüm qeydə alınıb.