koronavirusa Yoluxma sayı 63% artıb
https://parstoday.ir/azeri/news/world-i1670-koronavirusa_yoluxma_sayı_63_artıb
Yeni koronavirus dalğası ilə Yoluxma sayı 63% artıb
(last modified 2023-08-20T03:38:41+00:00 )
Avq 18, 2023 07:50 Asia/Baku
  • koronavirusa Yoluxma sayı 63% artıb

Yeni koronavirus dalğası ilə Yoluxma sayı 63% artıb

İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan dünyasını dəyişib.

 bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edib ki, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63 faiz artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Təşkilat bu ilin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un əsas təhlükə olaraq qaldığını qeyd edib.

Bununla əlaqədar olaraq təşkilat ölkələri erkən xəbərdarlıq, müşahidə və hesabat verməyə, koronavirus variantlarını izləməyə, erkən kliniki yardım göstərməyə, yüksək riskli qruplarda gücləndirici peyvəndi təmin etməyə çağırıb.

ÜST diqqəti koronavirusun omikron ştammının EG.5 variantının yayılmasının artmasına yönəldib. Son məlumata görə, bu virus 50 ölkədə tapılıb.