ABŞ “F-16”ların Ukraynaya təhvil verilməsini təsdiqləyib
https://parstoday.ir/azeri/news/world-i1698-abŞ_f_16_ların_ukraynaya_təhvil_verilməsini_təsdiqləyib
ABŞ Hollandiyanın “F-16” döyüş təyyarələrini Ukraynaya təhvil verməsini təsdiqləyib.
(last modified 2023-08-21T07:16:59+00:00 )
Avq 20, 2023 07:31 Asia/Baku
  • ABŞ “F-16”ların Ukraynaya təhvil verilməsini təsdiqləyib

ABŞ Hollandiyanın “F-16” döyüş təyyarələrini Ukraynaya təhvil verməsini təsdiqləyib.

   ABŞ Hollandiyanın “F-16” döyüş təyyarələrini Ukraynaya təhvil verməsini təsdiqləyib.

Bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb. Ölkənin müdafiə naziri Kajsa Ollongren çatdırılma təsdiqini əvvəllər “X” sosial media platforması vasitəsilə açıqlayıb: “Biz ABŞ-nin “F-16” döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini başa çatdırmağa imkan verir".

 O, növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını da bildirib.

    Qeyd edək ki, Ukraynaya “F-16”ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla digər ölkələr may ayında bu döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Ekspertlərin fikrincə, Avropa və Qərb ölkələri, xüsusən də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaların təzyiqini gücləndirərək, Kiyevə hər cür yüngül və ağır silahlar verməklə, nəinki Ukraynada müharibənin sona çatması istiqamətində addım atmadılar bəlkədə bu ölkədə münaqişəni alovlandırıblar.