Ukrayna müdafiə naziri istefa ehtimalından danışıb
https://parstoday.ir/azeri/news/world-i1710-ukrayna_müdafiə_naziri_istefa_ehtimalından_danışıb
Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib. Bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.
(last modified 2023-08-20T08:48:55+00:00 )
Avq 20, 2023 12:48 Asia/Baku
  • Ukrayna müdafiə naziri istefa ehtimalından danışıb

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib. Bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.

“Belə qərarlar dövlət başçısı tərəfindən verilir. Lakin istefamı istəyən insanlara gülmək gücüm və yumor hissim yoxdursa, özüm gedə bilərəm”, - deyə o bildirib.

Yanvar ayında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub.

Daha sonra Ukrayna mətbuatında departamentin məsul şəxslərinin ordu üçün ərzaq alarkən sui-istifadə etməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Reznikov daha sonra Böyük Britaniyada səfir vəzifəsinə təyin edilməklə vəzifəsindən azad oluna bilər.