“Vaqner” qrupunun rəhbəri həlak olub
Vaqner Qrupunun rəhbəri “Yevgeni Priqojin” təyyarə qəzasında həlak olub.
Rusiyanın Tver vilayətində qəzaya uğrayan “Embraer Legacy” təyyarəsinin sərnişinləri arasında “Vaqner” Qrupunun rəhbəri Yevgeni Priqojin də var.
bu barədə "Interfax", TASS və RİA agentlikləri Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən bildirib.
“ötən gecə Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısında Yevgeni Priqojinin adı və soyadı da var”, - deyə idarədən bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. İdarədən bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
Yevgeni Priqojinin başçılıq etdiyi Vaqner Qrupu bu yaxınlarda onun təhriki ilə Moskvaya qarşı üsyana cəhd etdi, lakin üsyan uğursuz oldu.