ABŞ konqresmenləri Suriyaya qanunsuz daxil olublar
ABŞ Konqresinin bir sıra nümayəndələri Suriyaya qanunsuz daxil olub.
Suriyada ABŞ-ın hərbi qanadı olaraq İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə (noyabr 2017) ABŞ qüvvələri birbaşa bu terror qruplaşmasının yerini aldı və o vaxtdan İŞİD-in əvəzinə Suriya neftini çıxarmağa və oğurlamağa başladı.
“Orient” saytının məlumatına görə, jurnalist Mozar Əl-Xalid “ABŞ Konqresinin bir qrup nümayəndəsi son 10 ildə misli görünməmiş bir addım ataraq Suriya hökumətinin razılığı olmadan Suriya ərazisinə qeyri-qanuni şəkildə daxil olub” deyib.
Müxalifətə yaxın olan “Orient” saytı bu qeyri-qanuni səfərin “Global Justice” təşkilatı tərəfindən koordinasiya edildiyini qeyd edərək, bu heyət üzvlərinin Suriya müxalifəti ilə görüşməyərək qısa müddətdə Suriyanı tərk etdiklərini iddia edib.
Saytın məlumatına görə, amerikalı konqresmenlər bəzi təşkilatların adları çəkilməyən bir sıra rəsmiləri ilə görüşüb, söhbət ediblər.
Bu xəbərə görə, Suriya hökumətinin icazəsi olmadan bu ölkənin ərazisinə qanunsuz daxil olan ABŞ Konqresinin nümayəndələri səfərləri başa çatdıqdan sonra Türkiyəyə qayıdıblar.
ABŞ senatoru Con Makkeyn sonuncu dəfə təxminən 10 il əvvəl Suriyaya daxil olub.