ABŞ Rusiya-Ukrayna müharibəsinin alovunu qızışdırır
https://parstoday.ir/azeri/news/world-i1872-abŞ_rusiya_ukrayna_müharibəsinin_alovunu_qızışdırır
Vaşinqton Kiyevə yeni silah paketi təqdim edəcək .
(last modified 2023-08-31T04:11:13+00:00 )
Avq 30, 2023 08:11 Asia/Baku
  • ABŞ Rusiya-Ukrayna müharibəsinin alovunu qızışdırır

Vaşinqton Kiyevə yeni silah paketi təqdim edəcək .

Vaşinqton Kiyevə 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.bu barədə çərşənbə axşamı Dövlət Departamenti məlumat yayıb.

“ABŞ-ın yeni hərbi yardımı Ukraynanın Hava Hücumundan Müdafiəsini dəstəkləyəcək”. Bundan əvvəl ABŞ müdafiə nazirinin müavini Vaşinqtonun Ukraynaya 43 milyard dollar dəyərində 3,1 milyon artilleriya mərmisi, raket və digər döyüş sursatları verdiyini açıqlamışdı.

Avropa və Qərb ölkələri, xüsusən də ABŞ anti-Rusiya sanksiyalarını sərtləşdirərək, Kiyevi hər cür yüngül və ağır silahlarla təmin etməklə, Ukraynada müharibənin dayandırılması üçün nəinki heç bir addım atmır, əksinə, bu ölkədə münaqişələrin alovunu artırıblar .

Rusiya rəsmiləri, bəzi Qərb ekspertləri və mediası Ukraynadakı müharibəni Qərblə Rusiya arasında proksi-müharibə adlandırıblar.