Ərdoğan və Putin Soçidə görüşəcək
Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək, Soçidə Putinlə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək.
Bu barədə Türkiyənin "NTV" xəbər kanalı məlumat yayıb.
Məlumat əsasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçiriləcək danışıqlarda “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.
Həmçinin əlavə edilib ki Ərdoğan və Putin ikitərəfli, regional və beynəlxalq əlaqələridə müzakirə edəcəklər.
Qeyd edək bununla bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün dünən cümə axşamı Moskvaya gedib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada apardığı danışıqların Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə hazırlıq olduğunu bildirib.