koronavirusa yoluxma artıb
Sen 01, 2023 07:38 Asia/Baku
Son 4 həftədə koronavirusa yoluxma 63% artıb
İyulun 24-dən avqustun 20-dək dünyada 1,5 milyona yaxın yeni COVID-19- yoluxma aşkar edilib.
bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində qeyd olunub.
Bildirilir ki, bu, əvvəlki 28 günlə müqayisədə 63% çoxdur.
Koronavirusdan 2000-dən çox ölüm qeydə alınıb. Bu rəqəm isə əvvəlki 28 günlə müqayisədə 48% azdır.
ÜST-nin məlumatına görə, dünyada testlərin miqyasının azalması səbəbindən bildirilən rəqəmlər yoluxma səviyyəsini dəqiq əks etdirmir.
Avqustun 30-na olan məlumata görə, dünyada 769 milyondan çox təsdiqlənmiş COVID-19-a yoluxma və 6,9 milyondan çox ölüm faktı aşkar edilib.