İsveç vətəndaşlarının əksəriyyəti Quranı təhqir etməyin əleyhinədir
https://parstoday.ir/azeri/news/world-i1916-İsveç_vətəndaşlarının_əksəriyyəti_quranı_təhqir_etməyin_əleyhinədir
Son sorğu göstərir ki, İsveç vətəndaşlarının əksəriyyəti Qurani-Kərimi təhqir etməyin əleyhinədir.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 01, 2023 08:59 Asia/Baku
  • İsveç vətəndaşlarının əksəriyyəti Quranı təhqir etməyin əleyhinədir

Son sorğu göstərir ki, İsveç vətəndaşlarının əksəriyyəti Qurani-Kərimi təhqir etməyin əleyhinədir.

İsveçin "SIFO" sorğu şirkətinin keçirdiyi son sorğuya əsasən, Quran və digər müqəddəs kitabları təhqir etməyə qadağa qoyulmasını istəyən isveçlilərin sayı 53%-ə yüksəlib ki eyni məsələ ilə bağlı əvvəlki sorğu ilə müqayisədə İsveç vətəndaşlarının bu kateqoriyasında 2% artımdan xəbər verir.

İsveçdə Müqəddəs kitabları təhqir etməyin qanuni qadağasına ictimai dəstəyin artması ölkə hakimiyyətinin Qurana qarşı təxribat xarakterli hərəkətlərin qarşısını alacaq qanun layihəsini müzakirə etməyə çalışdığı bir vaxta təsadüf edir.

Bu sorğu 15-27 avqust tarixləri arasında təsadüfi seçilmiş 1291 İsveç vətəndaşı ilə aparılıb.

Son aylar İsveç və Danimarka kimi insan haqları və söz azadlığı iddiası ilə çıxış edən bəzi Avropa ölkələrində Qurani-Kərimin təhqir olunması dünya müsəlmanlarının qəzəbinə səbəb olub.