Ermənistan və Amerikanın birgə təlimi
Ermənistan Müdafiə Nazirliyi cümə günündən etibarən ABŞ-la birgə təlimlərin keçiriləcəyini təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyi “Qartal Tərəfdaş 2023” təliminin sentyabrın 11-dən 20-dək on gün müddətində keçiriləcəyini bildirib.
Ermənistan Müdafiə Nazirliyi bu bəyanatda bildirib ki, bu hərbi təlimin məqsədi qüvvələri beynəlxalq sülhməramlı əməliyyatlarda iştiraka hazırlamaqdır.
Ermənistanda hərbi bazası olan Rusiya bu gün təlimi diqqətlə izlədiyini açıqlayıb.
Qeyd edək ki, son həftələr Ermənistan Azərbaycan Respublikası ilə sərhəddə gərginliyin artdığının şahidi olub və gərgin günlər keçirir.
Azərbaycan Respublikasının hakimiyyət orqanları hələ ki, bu təlimin keçirilməsinə reaksiya verməyib.
Ermənistan mətbuatı məlumat verir ki Azərbaycan Respublikası sərhəddə hərbi texnika daşıyır.