Knessetin sədri: Biz təhlükəli mərhələdəyik
https://parstoday.ir/azeri/news/world-i2006-knessetin_sədri_biz_təhlükəli_mərhələdəyik
Sionist rejimin süquta doğru getdiyini bəyan edən Knesset sədri qeyd edib: "İndi bizi uçuruma apara biləcək təhlükəli yol ayrıcındayıq."
(last modified 2023-09-18T06:06:12+00:00 )
Sen 07, 2023 07:53 Asia/Baku
  • Knessetin sədri: Biz təhlükəli mərhələdəyik

Sionist rejimin süquta doğru getdiyini bəyan edən Knesset sədri qeyd edib: "İndi bizi uçuruma apara biləcək təhlükəli yol ayrıcındayıq."

“Məhkəmə islahatları haqqında” qanunun təsdiqindən sonra sionist rejim rəhbərləri arasında gərginlik artıb. Partiya liderləri rejimin çökəcəyi ilə bağlı xəbərdarlıq etməyə davam edirlər.

Mübahisəli qanun layihəsi ətrafında yaranan mübahisələrə toxunan İsrail Knessetinin spikeri Əmir Ohana vurğulayıb: “Məhkəmə Qanununa Dəyişikliklər Aktı Ali Məhkəməyə qanunu ləğv etməyə və ya dəyişdirməyə imkan vermir”.

Bundan əvvəl rejimin başçısı İshaq Hersoq baş nazir Benyamin Netanyahunun kabinetinin təklif etdiyi "məhkəmə islahatı" qanun layihəsinin nəticələri ilə bağlı xəbərdarlıqlarını bir daha təkrar edərək deyibi: “İsrail hüquqi böhranın zirvəsindədir və biz indiyədək bu səviyyədə böhran görməmişdik”.

Ötən həftə minlərlə sionist  35-ci həftə ardıcıl olaraq "Məhkəmə sisteminə düzəlişlər haqqında" qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçirib.