Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb
Sen 09, 2023 05:37 Asia/Baku
Mərakeş mediası ölkədə baş verən güclü zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü və yaralandığını bildirib.
İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş 6,8 bal gücündə zəlzələdə 296 nəfər ölüb.
Aran Radiosu xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.
Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,8 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.