Ermənistan və ABŞ arasında təlimlər qəribədir - Lavrov
"Rusiya Federasiyası Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir"-Rusiyanın xarici işlər naziri Sergey Lavrov
NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur.
bunu Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.
Lavrov vurğulayıb ki, İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür:
"Rusiya Federasiyası Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir".
Həmçinin qeyd edək Kremlin Sözcüsü Dmitriy Peskov çərşənbə günü jurnalistlərə açıqlamasında deyib: İrəvanın Ermənistan və ABŞ arasında birgə hərbi təlim keçirmək planları, xüsusən də indiki vəziyyətdə şübhə doğurur.
Bu arada; Şənbə günü Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın son anti-Rusiya hərəkətlərindən sonra bu ölkənin səfirini çağırıb.
Rusiya Ermənistanın ABŞ-la birgə təlimlər keçirmək planını Qafqazda qeyri-sabitliyin artması kimi qiymətləndirir.