Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb
https://parstoday.ir/azeri/news/world-i2068-mərakeşdə_zəlzələ_nəticəsində_ölənlərin_sayı_2122_nəfərə_çatıb
Mərakeş rəsmiləri ölkədə güclü zəlzələdən sonra 2100-dən çox insanın öldüyünü bildirib.
(last modified 2023-09-18T06:05:59+00:00 )
Sen 11, 2023 06:13 Asia/Baku
  • Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb

Mərakeş rəsmiləri ölkədə güclü zəlzələdən sonra 2100-dən çox insanın öldüyünü bildirib.

Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə xəsarət alanların sayı isə  2421 nəfərə çatıb.

Aran Radiosunun məlumatına görə, bunu Mərakeş Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Mərakeş şəhərində və ətraf yaşayış məntəqələrində bir çox yaşayış binası və müxtəlif tikililər uçub.