Makron və Paşinyan arasında telefon danışığı baş tutub
https://parstoday.ir/azeri/news/world-i2378-makron_və_paşinyan_arasında_telefon_danışığı_baş_tutub
Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron çərşənbə günü axşam telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə ediblər.
(last modified 2023-09-30T05:19:49+00:00 )
Sen 28, 2023 06:51 Asia/Baku
  • Makron və Paşinyan arasında telefon danışığı baş tutub

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron çərşənbə günü axşam telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron  Azərbaycanın Qarbaağ İqtisadi rayonundakı vəziyyəti, eləcə də regionda "humanitar böhran"ın aradan qaldırılması üçün atılacaq addımları müzakirə ediblər.

Bu barədə Ermənistan Dövlət Radiosunun saytı yazıb.

Ötən həftə Azərbaycan Respublikasının bu ölkənin Qarabağ bölgəsində hökmranlığına səbəb olan hərbi əməliyyatından sonra bu bölgənin erməniləri oradan təxliyə edilərək Ermənistana doğru hərəkət edirlər.

Ermənistan hökumətinin verdiyi məlumata görə, Dağlıq Qarabağ bölgəsindən 50 mindən çox erməni Ermənistana daxil olub.

Bu arada, çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı, Azərbaycan Respublikası və Ermənistan, eləcə də Fransa və Almaniyanın nümayəndələri görüşüb və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini necə irəlilətmək barədə müzakirələr aparıblar.

Makron və Paşinyan telefon danışığında regiondakı hazırkı vəziyyətə toxunublar. Baş nazir Nikol Paşinyan Laçın yolundakı vəziyyətin aradan qaldırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb. ", - deyə məlumatda bildirilir.

Tərəflər həmçinin regionda sabitliyin və sülhün təmin olunması üçün ardıcıl səylərin vacibliyini qeyd ediblər.

Fransa və Ermənistan arasında ikitərəfli münasibətlər Makron və Paşinyan arasında müzakirə olunan digər mövzular arasında olub.

Qeyd edək Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkə parlamentində Parisin Ermənistanın Sivnik şəhərində konsulluq açacağını açıqlayıb.

O əlavə edib ki, Paris İrəvanla hərbi əlaqələrini genişləndirəcək və Qarabağ bölgəsinin əhalisinə 7 milyon avro yardım ayıracaq.