Sionist rejimin başçısı Bakıya səfər edib
https://parstoday.ir/azeri/news/world-i258-sionist_rejimin_başçısı_bakıya_səfər_edib
Sionist rejimin başçısı “İsxak Hersoq” bu gün, çərşənbə axşamı Azərbaycan Respublikasının paytaxtı Bakıya daxil olub.
(last modified 2023-05-30T04:24:21+00:00 )
May 30, 2023 08:24 Asia/Baku
  • Sionist rejimin başçısı Bakıya səfər edib

Sionist rejimin başçısı “İsxak Hersoq” bu gün, çərşənbə axşamı Azərbaycan Respublikasının paytaxtı Bakıya daxil olub.

 

  Sionist rejimin başçısı “İsxak Hersoq” bu gün, çərşənbə axşamı Azərbaycan Respublikasının paytaxtı Bakıya  daxil olub.

Azərbaycan Respublikası öz şiə və dini icmasının etirazına baxmayaraq, bu ilin əvvəlində Təl-Əvivdə öz səfirliyini açıb və sionist rejimlə əlaqələrini inkişaf etdirməyə davam edib.

İRNA-nın məlumatına görə,  Sionist rejimin başçısı İsxak Hersoqun Bakıya iki günlük səfər planları çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüş və saxta İsrail rejiminin qurulmasının 75-ci ildönümü mərasimində iştirak elan olunub.

Azərbaycan informasiya xəbər mənbələrinə istinadən Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sionist İsrail rejimin başçısı İsxak Hersoq ilə təkbətək görüşü olub.

Xatırladaq Hər iki tərəf son illərdə sıx hərbi, siyasi və iqtisadi əməkdaşlıq qurub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illər arasında sionist rejimin hərbi ixracatının 17%-dən çoxu Azərbaycan Respublikasına yönəlib və İsrail rejiminin idxal etdiyi neftin təxminən 40%-i də bu ölkədən təmin edilib.