Türkmənistan Səmərqənd şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsini dəstəkləyib
Türkmənistan prezidenti Səmərqənd şəhərinin 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı seçilməsini dəstəkləyib.
Cümə günü (13 oktyabr) Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti keçirilib.
Müstəqil Dövlətlər Birliyi (keçmiş) Sovet İttifaqının dağılmasından sonra yaranıb. Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan bu birliyin üzvləridir.
Fars xəbər agentliyinin məlumatına görə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov MDB-ə üzv ölkələrinin xalqları arasında birlik və sıx əməkdaşlığı vurğulayaraq, Səmərqənddə keçirilən mədəniyyət tədbirlərinin xalqların mədəniyyətinin zənginləşməsinə və ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcəyini bildirib.
Birliyin üzv ölkələrini gələn il Aşqabadda keçirilməsi planlaşdırılan Mərkəzi Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının ilk iclasında iştirak etməyə dəvət edən Berdiməhəmmədov bu görüşün məqsədini Mərkəzi Asiya ölkələri ilə beynəlxalq təşkilatlar və maliyyə institutları arasında əməkdaşlıq strategiyalarını və həll yollarını genişləndirmək bildirib.
Berdiməhəmmədovun sözlərinə görə, bu əməkdaşlıqlar regionun davamlı və dinc inkişafının təmin olunmasına kömək edəcək