Qazaxıstanda mədəndə baş verən partlayışda ölənlərin sayı artıb
https://parstoday.ir/azeri/news/world-i2844-qazaxıstanda_mədəndə_baş_verən_partlayışda_ölənlərin_sayı_artıb
Qazaxıstanda mədəndəki partlayışda ölənlərin sayı 21 nəfərə yüksəlib
(last modified 2023-10-29T05:21:52+00:00 )
Okt 29, 2023 05:36 Asia/Baku
  • Qazaxıstanda mədəndə baş verən partlayışda ölənlərin sayı artıb

Qazaxıstanda mədəndəki partlayışda ölənlərin sayı 21 nəfərə yüksəlib

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib. Daha 23 şaxtaçını isə hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.

 Aran radiosu İRNA agentliyinə istinadla xəbər verir ki , hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.

Bu partlayışa səbəb metan qazının partlaması olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.

Qazaxıstanda bu gün (29 oktyabr, bazar) ictimai matəm elan edilib.