Rusiyanın Dağıstan əhalisinin sionistlərin bu bölgədə olmasına etirazı
Okt 30, 2023 06:50 Asia/Baku
Yüzlərlə dağıstanlı sionistlərin fələstinlilərə qarşı cinayətlər törətdiyi bir vaxtda Təl-Əvivdən Maxaçqala hava limanına bir təyyarənin gəlməsinə etiraz edib.
Dağıstanlı gənclər Təl-Əvivdən Dağıstana enən təyyarəni sərnişinlərin enməsinin qarşısını almaq üçün Maxaçqala hava limanına axın ediblər.
Təl-Əvivdən Dağıstana uçan təyyarənin enməsi xəbərini eşidən dağıstanlılar əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” sərlövhəli plakatlar tutaraq bu şəhərin Maxaçqala hava limanına axışıblar.
Bu etiraz Maxaçqala hava limanının bağlamasına səbəb olmuşdur.