HƏMAS-ın yüksək rütbəli üzvü: Atəşkəsin uzadılması ehtimalı var
https://parstoday.ir/azeri/news/world-i3224-hƏmas_ın_yüksək_rütbəli_üzvü_atəşkəsin_uzadılması_ehtimalı_var
Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) yüksək vəzifəli üzvü deyib: Qəzzada atəşkəsin uzadılması gözlənilir.
(last modified 2023-11-25T02:46:08+00:00 )
Noy 24, 2023 06:02 Asia/Baku
  • HƏMAS-ın yüksək rütbəli üzvü: Atəşkəsin uzadılması ehtimalı var

Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) yüksək vəzifəli üzvü deyib: Qəzzada atəşkəsin uzadılması gözlənilir.

TASS xəbər agentliyinin məlumatına görə, HƏMAS-ın yüksək vəzifəli üzvü Basim Nəeem deyib: Həmas hərəkatı cümə səhərindən (bu gün) qüvvəyə minəcək humanitar atəşkəsin uzadılmasını gözləyir.

Nəeem əlavə edib: Həmas-ın məqsədi humanitar atəşkəsə zəmanət verməkdir və bu müddət uzadılacaq, lakin bu, qalan məhbusların təhvil verilməsi imkanından asılıdır.

HƏMAS və sionist rejim arasında dörd günlük müvəqqəti atəşkəs bu gün (24 noyabr) səhər saat 7-də başlayıb.

Qeyd edək ki, Həmas hərəkatının Əl-Əqsa tufanı əməliyyatının başlamasından və işğalçı ordunun Qəzza zolağına qurudan hücumda məğlubiyyətindən 48 gün sonra, çərşənbə günü, sionist kabineti, Qətər və Misir hökumətlərinin vasitəçiliyi ilə atəşkəs razılaşmasını qəbul etməyə məcbur oldu.