Qəzzada atəşkəs uzadılıb
Həmas hərəkatı bu hərəkatla sionist rejim arasında atəşkəsin daha bir gün uzadıldığını elan edib.
“Əl-Cəzirə”nin məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari deyib: Sionist Rejim Ordusu və Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) cümə axşamı səhəri (30 noyabr) atəşkəsin daha bir gün uzadıldığını elan ediblər.
Həmçinin İsrail ordusu bəyan edib ki, vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri və razılaşmanın şərtlərinə uyğun olaraq Qəzza zolağında müvəqqəti atəşkəs davam edəcək.
HƏMAS da ayrı bir bəyanatda bildirib ki, ötən həftə cümə günündən başlayan müvəqqəti atəşkəsin uzadılmasına dair razılaşma davam edir və xəbərlər göstərir ki, iki tərəf arasında toqquşmalarda fasilə 24 saat davam edəcək.
Bu xəbərə görə, Qəzzada 2 Rusiya və 3 Tailand vətəndaşından əlavə 10 girov müqabilində 30 fələstinli məhbus azad ediləcək.