ABŞ İran-İraq sərhədində yerləşən terrorçuları dəstəkləyir
https://parstoday.ir/azeri/news/world-i336-abŞ_İran_İraq_sərhədində_yerləşən_terrorçuları_dəstəkləyir
Əl-Məlumə xəbər saytı ABŞ-ın İran-İraq sərhədində yerləşən terrorçulara verdiyi dəstəyə işarə edərək yazıb: Birləşmiş Ştatları da Britaniyanın “parçala və hökm sür” siyasətinə əməl etdiyi üçün fitnəkardır və beynəlxalq münaqişələri qızışdırır.
(last modified 2026-03-20T08:20:48+00:00 )
İyun 05, 2023 09:25 Asia/Baku
  • ABŞ İran-İraq sərhədində yerləşən terrorçuları dəstəkləyir

Əl-Məlumə xəbər saytı ABŞ-ın İran-İraq sərhədində yerləşən terrorçulara verdiyi dəstəyə işarə edərək yazıb: Birləşmiş Ştatları da Britaniyanın “parçala və hökm sür” siyasətinə əməl etdiyi üçün fitnəkardır və beynəlxalq münaqişələri qızışdırır.

ABŞ-ın İran və İraq Kürdüstanı sərhədi yaxınlığında fəaliyyət göstərən 6 terrorçu qrupa müxtəlif yollarla dəstək verdiyini qeyd edən sayt əlavə edir. “ABŞ bu qruplar vasitəsilə  regionda münaqişələri qızışdırmağa çalışır”.

Qeyd edək ki, İraq Konstitusiyası bütün qrupların ölkə ərazisindən qonşu ölkələrə qarşı hər hansı əməliyyat keçirməsini qadağan edir.

Əl-Məlumə saytı yazır , Vaşinqton Kürdüstanın təhlükəsizliyi ilə oynayır və terrorçu qruplara maliyyə dəstəyi verməklə  , müxtəlif şüarlar səsləndirməklə həmin ərazini təhlükəli nöqtəyə aparır.