Paşinyan: Biz Ermənistanın dövlət maraqları çərçivəsində qərar qəbul edəcəyik
https://parstoday.ir/azeri/news/world-i3570-paşinyan_biz_ermənistanın_dövlət_maraqları_çərçivəsində_qərar_qəbul_edəcəyik
Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlardan birinin “Niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etmirlər, siyasi iradə yoxdurmu?” sualını cavablandırıb.
(last modified 2023-12-18T07:03:49+00:00 )
Dek 18, 2023 11:00 Asia/Baku
  • Paşinyan: Biz Ermənistanın dövlət maraqları çərçivəsində qərar qəbul edəcəyik

Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlardan birinin “Niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etmirlər, siyasi iradə yoxdurmu?” sualını cavablandırıb.

 

Armen-Pressin məlumatına əsasən, Paşinyan deyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) faktiki hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan Respublikası qarşısında öhdəliklərinə cavab vermir. Siyasi iradə var və zərurətə uyğun şəkildə qərar veriləcək. Çünki KTMT-nin fəaliyyəti Ermənistanın maraqlarına uyğun deyil. Biz isə bu məsələni şəffaf şəkildə qaldırırıq”.

Onun sözlərinə görə, erməni tərəfi KTMT-ni tam başa düşmək və öz mövqeyini KTMT üçün başa düşülən etmək üçün son fürsətə qədər hər şeyi etmək istəyir.