Putin Rusiya prezident seçkilərinə adını qeydə aldırıb
https://parstoday.ir/azeri/news/world-i3578-putin_rusiya_prezident_seçkilərinə_adını_qeydə_aldırıb
Rusiya prezident administrasiyasının sözçüsü Dmitri Peskov bildiribdir ki, Vladimir Putin iki min iyirmi dördüncü il prezident seçkilərinə namizədliyi ilə bağlı sənədləri bu ölkənin mərkəzi seçki komissiyasına təqdim edib.
(last modified 2023-12-20T05:19:25+00:00 )
Dek 19, 2023 10:30 Asia/Baku
  • Putin Rusiya prezident seçkilərinə adını qeydə aldırıb

Rusiya prezident administrasiyasının sözçüsü Dmitri Peskov bildiribdir ki, Vladimir Putin iki min iyirmi dördüncü il prezident seçkilərinə namizədliyi ilə bağlı sənədləri bu ölkənin mərkəzi seçki komissiyasına təqdim edib.

 

Putinin tərəfdarları şənbə günü rəsmi şəkildə onu iki min iyirmi dördüncü il prezident seçkilərinə müstəqil namizəd kimi irəli sürüblər.

Putin iki min on səkkizinci ildə də müstəqil namizəd kimi  Rusiya prezident seçkilərinə daxil olmuş və onun seçki kampaniyası imzalar toplamışdı.

Rusiya əsas qanununa edilmiş düzəlişlərə əsasən, Putin gələn il özünün hazırkı müddətinin başa çatmasından sonra daha iki/ altıillik müddətə Rusiya prezident seçkilərinə namizədliyini irəli sürə bilər ki, bu da potensial surətdə ona iki min otuz altıncı ilədək/ əlbəttə ki, seçkilərdə qalib gələcəyi təqdirdə,/ hakimiyyətdə qalmaq icazəsi verəcək.