Sionist rəsmisi:
İngiltərənin Təl-Əvivə qarşı sanksiyaları təhlükəlidir
Sionist rejimin müxalifət lideri İngiltərənin bu rejimə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etmək qərarını kəskin tənqid edərək, sanksiyaları «yanlış və təhlükəli» addım adlandırıb.
Pərs Today-in məlumatına görə, İsrail rejətinin müxalifət lideri Yair Lapid Britaniya hökumətinin Təl-Əvivə qarşı sanksiyalar və iqtisadi məhdudiyyətlər tətbiq etmək qərarına reaksiya verərək, bu addımı «kobud səhv» adlandırıb və bildirib ki, bu siyasət «yanlış, təhlükəli və yersizdir».
O, İsrail rejiminin bəzi sağçı nazirlərinin ekstremist fəaliyyətlərinə toxunaraq bildirib ki, Britaniyanın bu qərarı, xüsusilə Knesset (parlament) seçkiləri ərəfəsində, gərginliyin artmasına səbəb olacaq.
Müxalifət lideri həmçinin iddia edib ki, Britaniyanın qərarı daxili siyasi motivlərlə qəbul edilib və London narazı seçicilərin dəstəyini qazanmaq məqsədilə bu addımı atıb.
Bu açıqlamalar Britaniya hökumətinin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin salınmasının intensivləşməsi və sionist məskunlaşanların zorakılığının artmasına cavab olaraq, çərşənbə axşamı İsrail rejiminə qarşı iqtisadi sanksiyalar tətbiq etmək qərarını açıqlamasından sonra səsləndirilib. Bu mövqe İsrail rəsmilərinin qəzəbinə səbəb olub.
Bu qərarın ardınca Fransa və Kanada da sionist yaşayış məntəqələrində istehsal olunan