Yəmənə 3 gün ərzində 121 hava hücumu həyata keçirilib
https://parstoday.ir/azeri/news/west_asia-i14348-yəmənə_3_gün_ərzində_121_hava_hücumu_həyata_keçirilib
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı hücumları davam edir və yalnız son üç gün ərzində ölkəyə 121 hava hücumu həyata keçirilib.
(last modified 2026-09-09T06:25:23+00:00 )
Sen 09, 2026 10:22 Asia/Baku
  • Yəmənə 3 gün ərzində 121 hava hücumu həyata keçirilib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı hücumları davam edir və yalnız son üç gün ərzində ölkəyə 121 hava hücumu həyata keçirilib.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən xalqı 12 il ərzində Səudiyyə rəhbərliyindəki düşmənin təcavüz və mühasirəsinə məruz qalıb və yalnız üç gün ərzində Yəmənə qarşı 121 hava hücumu həyata keçirilib.

 

O bildirib ki, Yəmən Silahlı Qüvvələri bu cinayətlərə cavab olaraq Əbha, Nəcran, Cizan, İqtisadi Şəhər və Xamis Müşeyt hərbi bazasındakı “Saudi Aramco” şirkətinə qarşı genişmiqyaslı və xüsusi hərbi əməliyyat keçirib.

 

Sərinin sözlərinə görə, əməliyyat onlarla ballistik raket və pilotsuz uçuş aparatından istifadə edilməklə uğurla həyata keçirilib.

 

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi əvvəlki iddialarını təkrarlamaqla yanaşı, yəmənlilərin Əbha, Xamis Müşeyt, Cizan və Nəcrandakı müxtəlif Səudiyyə obyektlərini hədəfə aldığını etiraf edib. Bildirilib ki, hücumlar nəticəsində itkilər olub və 73 nəfər yaralanıb.

 

Nazirlik həmçinin Səna Silahlı Qüvvələrinin Qırmızı dənizdə Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı hücumlarını davam etdirdiyini təsdiqləyib.

 

Bununla əlaqədar Səudiyyə Ərəbistanının Energetika Nazirliyi də bu gün səhər Yəmən qüvvələrinin hücumları nəticəsində ölkənin cənubundakı bir sıra enerji mərkəzləri və obyektlərinin hədəfə alındığını açıqlayıb.