Baydenin müdafiə nazirinin xəstəliyi və xəstəxanaya yerləşdirilməsi barədə məlumatsızlığı
https://parstoday.ir/azeri/news/world-i3850-baydenin_müdafiə_nazirinin_xəstəliyi_və_xəstəxanaya_yerləşdirilməsi_barədə_məlumatsızlığı
 Amerika mediaları bildiriblər ki, bu ölkənin prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olub və bir neçə gündən sonra bu məsələ ilə bağlı ona məlumat verilib.
(last modified 2024-01-08T06:21:06+00:00 )
Yan 08, 2024 10:19 Asia/Baku
  • Baydenin müdafiə nazirinin xəstəliyi və xəstəxanaya yerləşdirilməsi barədə məlumatsızlığı

 Amerika mediaları bildiriblər ki, bu ölkənin prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olub və bir neçə gündən sonra bu məsələ ilə bağlı ona məlumat verilib.

 

İRNA-nın bazar günü axşam saatlarında "İndependent"-ə istinadən verdiyi xəbərə görə, NBC News və Politico, Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinə istinadən ilk dəfə şənbə günü axşam saatlarında Ostinin xəstəxanaya yerləşdirildiyini bildirdilər.

Bu xəbərlər ABŞ müdafiə nazirinin ictimaiyyətə məlumat verilmədən xəstəxanaya yerləşdirilməsi məsələsinin ciddiliyini göstərirdi.

ABŞ-ın yüksək rütbəli rəsmiləri həmçinin bildiriblər ki, Ağ Ev prezidentə Ostinin səhhəti barədə məlumat verilməməsindən narahatdır.