Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək
https://parstoday.ir/azeri/news/world-i3854-hindistan_və_britaniyanın_müdafiə_nazirləri_iki_ölkə_arasında_əməkdaşlığı_müzakirə_edəcək
Hindistanın müdafiə naziri Racnath Sinqh yanvarın 8-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londona ikigünlük səfər edəcək.
(last modified 2024-01-08T06:57:38+00:00 )
Yan 08, 2024 10:53 Asia/Baku
  • Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək

Hindistanın müdafiə naziri Racnath Sinqh yanvarın 8-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londona ikigünlük səfər edəcək.

 

 bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərə görə, səfər zamanı təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

“Mən yanvarın 8-dən 10-dək Londonda səfərdə olacağam, britaniyalı həmkarım Qrant Şapps ilə ikitərəfli görüş keçirəcəyəm. Müdafiə, təhlükəsizlik və sənaye əməkdaşlığına dair geniş spektrli məsələlərin müzakirəsini səbirsizliklə gözləyirəm”, - o qeyd edib.

Bundan başqa, R.Sinqh Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron ilə də görüşəcək.