ABŞ fələstinlilərin qətliamına lisenziya verdi
https://parstoday.ir/azeri/news/world-i3902-abŞ_fələstinlilərin_qətliamına_lisenziya_verdi
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva ABŞın BMT TŞ-də Yaxın Şərq qətnaməsinə dəyişiklik edərək Qəzzədə fələstinli mülkinin sionist İsrail rejimi tərəfindən qətliam edilməsinə lisenziya verdiyini deyib.
(last modified 2024-01-10T07:05:02+00:00 )
Yan 10, 2024 11:02 Asia/Baku
  • ABŞ fələstinlilərin qətliamına lisenziya verdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva ABŞın BMT TŞ-də Yaxın Şərq qətnaməsinə dəyişiklik edərək Qəzzədə fələstinli mülkinin sionist İsrail rejimi tərəfindən qətliam edilməsinə lisenziya verdiyini deyib.

 

“ABŞ BMT Təhlükəsizlik Şurasını Yaxın Şərq qətnaməsinin orijinal mətnini dəyişdirməyə və oraya Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün “faktiki olaraq lisenziya” daxil etməyə məcbur etdi.”

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva deyib.

“Amerikalı həmkarlarımızın hiyləgərcəsinə "effektiv ikitərəfli diplomatiya" adlandırdıqları ən çirkin təzyiq və şantaj alətlərindən istifadə edilib.

Qətnamədə döyüşlərin dayandırılmasına çağırış əvəzinə, döyüşlərin dayandırılması üçün şərait yaradılması ifadəsi yer alır və bu, əslində İsrailin Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün bir “lisenziyadır” və bu, guya qeyd olunan şəraitin yaradılması istiqamətində atılan addımlardır”, - diplomat bildirib.