Rusiyaya qarşı sanksiyalar siyasəti iflasa uğrayıb
https://parstoday.ir/azeri/news/world-i4324-rusiyaya_qarşı_sanksiyalar_siyasəti_iflasa_uğrayıb
Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri bildirib ki, Rusiyaya qarşı sanksiyalar siyasəti iflasa uğrayıb.
(last modified 2024-02-04T06:31:19+00:00 )
Fev 04, 2024 10:24 Asia/Baku
  • Rusiyaya qarşı sanksiyalar siyasəti iflasa uğrayıb

Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri bildirib ki, Rusiyaya qarşı sanksiyalar siyasəti iflasa uğrayıb.

 

Peter Siyarto bu barədə deyib: Yeni antirusiya sanksiyalar paketi ilə Avropa Birliyinin onsuz da uğursuz sanksiya siyasəti qeyri-ciddi görünəcək.

Siyarto Avropa İttifaqının sanksiya siyasətinin iflasa uğradığını vurğulayaraq qeyd edib ki, on üçüncü paket yalnız görüntü üçün ola bilər. Çünki Rusiyada praktiki olaraq sanksiyalara daxil olmayan heç bir təşkilat, sənaye müəssisəsi və insan qalmayıb.