Netanyahuya qarşı aksiyalar davam edir
https://parstoday.ir/azeri/news/world-i454-netanyahuya_qarşı_aksiyalar_davam_edir
İşğal olunmuş ərazilərin sakinləri dünən iyirmi üçüncü həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun məhkəmə islahatları planına qarşı aksiya keçiriblər.
(last modified 2023-06-12T07:57:38+00:00 )
İyun 12, 2023 11:56 Asia/Baku
  •     Netanyahuya qarşı aksiyalar davam edir

İşğal olunmuş ərazilərin sakinləri dünən iyirmi üçüncü həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun məhkəmə islahatları planına qarşı aksiya keçiriblər.

 Ötən iyirmi iki həftə ərzində işğal olunmuş Fələstin ərazilərinin şimalından tutmuş cənubunadək- onlarla şəhər, o sıradan Təl-Əviv, Hayfa, qəsb edilmiş Qüds, Bir-əs-Səba, Rişon-Letsion və Hertsliya şəhərləri Netanyahunun sağ ekstremist nazirlər kabinetinə və sionist rejimin məhkəmə aparatında düzəlişlərə qarşı aksiya səhnələri olublar.Netanyahu hökumətinin «Məhkəmə qanununa düzəliş» adlandırılan planında sionist rejimdə məhkəmə aparatının ixtiyarları azalacaq, əvəzində isə, icra və qanunvericilik hakimiyyətlərinin mövqeləri güclənəcəkdir.Bu planın qəbul etdirilməsi son zamanlar Netanyahu tərəfindən təxirə salınsa da, etirazçılar onun tamamilə ləğv olunmasına təkid edirlər.