Fev 27, 2024 13:15 Asia/Baku
  • Avropa Ermənistan iqtisadiyyatını bu yolla gücləndirir

Qərb dünyası Ermənistan iqtisadiyyatına təkan vermək üçün İrəvanın Rusiyaya qarşı sanksiyalardan yan keçməsinə şərait yaradır.

 

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı mövqeyi sərtləşdikcə Moskva ilə iqtisadi münasibətlərdə sıçrayış baş verir.

Paşinyanın Rusiyaya qarşı kəskin mövqeyi ilə qətiyyən uyğun gəlməyən bu statistika təbii olaraq iqtisadçıların da diqqətini çəkir.

Ermənistan Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvarında ölkədə iqtisadi aktivlik göstəricisi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10,7% artıb.

İqtisadi artım inflyasiyaya da təsir edib: belə ki, qiymətlərdə ucuzlaşma qeydə alınıb və inflyasiya mənfi 0,9 faiz olub.

Artım əsasən sənayedə (21%), ticarətdə (19,3%) qeydə alınıb.

Statistika Komitəsi bildirib ki, idxal və ixracda yenidən sıçrayış baş verib - yanvarda ixrac 2,1 dəfə artaraq 934,1 milyon dollara, idxal 61,4% artaraq 1 milyard 212 milyon dollara çatıb.

Komitə bu ixracın hansı ölkəyə olduğunu açıqlamayıb, ancaq bunun “vasitəçilik ticarətinin intensivləşməsi ilə əlaqəli” olduğunu elan edib. Başqa sözlə desək, Ermənistan Qərb ölkələrindən məhsul idxal edərək, Rusiyaya ixracını daha da yüksəldib, yalnız yanvar ayında ixrac 2 dəfədən çox artıb.

Belə görünür ki, Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməsinə qərb dövlətləri tərəfindən göz yumulur və bunu pərdələmək üçün Paşinyanın Nikol Paşinyan AB-də Rusiya əleyhinə çıxışlarını kəskinləşdirdirməsinə şərait yaradılır.

Nəticədə isə Rusiya sanksiyalardan yan keçərək, hərbi məqsədli mallar idxal edə bilir, Ermənistan isə bu vasitəçilikdən milyardlar qazanaraq, ölkə iqtisadiyyatında sıçrayışlara nail olur.Bəzi analitiklərə görə Paşinyanın antirusiya siyasi ritorikası AB ilə razılaşdırılıb və bununla Ermənistanın Azərbaycana qarşı özünü gücləndirməsi üçün Ukrayna müharibəsindən qazanmasına imkan yaradılıb.

 

Teqlər