Moskvadakı terror: 137 ölü, 180 yaralı - YENİLƏNİB
https://parstoday.ir/azeri/news/world-i4930-moskvadakı_terror_137_ölü_180_yaralı_yenİlƏnİb
Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 180-a çatıb.
(last modified 2024-03-28T04:57:00+00:00 )
Mart 25, 2024 05:02 Asia/Baku
  • Moskvadakı terror: 137 ölü, 180 yaralı - YENİLƏNİB

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 180-a çatıb.

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.

Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.