Qərbin Vyanada çoxtərəfli danışıqları siyasiləşdirməsi uğursuzluğa düçar oldu
https://parstoday.ir/azeri/news/world-i494-qərbin_vyanada_çoxtərəfli_danışıqları_siyasiləşdirməsi_uğursuzluğa_düçar_oldu
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Qərb ölkələrini Vyanada çoxtərəfli müzakirələri siyasiləşdirməyə görə tənqid edib.
(last modified 2023-06-14T06:12:00+00:00 )
Noy 29, -0001 23:34 Asia/Baku
  • Qərbin Vyanada çoxtərəfli danışıqları siyasiləşdirməsi uğursuzluğa düçar oldu

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Qərb ölkələrini Vyanada çoxtərəfli müzakirələri siyasiləşdirməyə görə tənqid edib.

 

Mixail Ulyanov çərşənbə axşamı öz Tvitter hesabında yazıb: "Qərb ölkələri Vyanadakı çoxtərəfli müzakirələri maksimum dərəcədə siyasiləşdirdilər. Amma indi, görünür, belə bir siyasətin öz maraqlarına uyğun olmadığını başa düşməyə başlayıblar"

Ulyanov əlavə edib: "Bizim mövqeyimiz onların öz siyasətindən asılı olacaq. Lazım gələrsə, cavab verəcəyik".

İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların sonuncu raundu ötən ilin yayında Vyanada keçirilib, lakin o vaxtdan bəri bu danışıqlar dayandırılıb.

Siyasi analitiklər hesab edirlər ki, son aylar ərzində Vyana danışıqlarının dayandırılmasına sionist rejimin təzyiqləri, Konqreslə fikir ayrılıqları və ABŞ-dakı daxili problemlər kimi amillər səbəb olub