Güləş üzrə Asiya Açıq Çempionatında iranlı gənclər üçün qızıl medalların het-triki
(last modified 2024-07-23T17:08:25+00:00 )
İyul 23, 2024 21:08 Asia/Baku
  • Güləş üzrə Asiya Açıq Çempionatında iranlı gənclər üçün qızıl medalların het-triki

Sərbəst güləş üzrə Asiya çempionatının ilk beş çəki yarışı İran təmsilçilərinin üç qızıl, bir gümüş və bir bürünc medalı ilə başa çatıb.

 

Bu gün (çərşənbə axşamı) Taylandın Siraça şəhərində gənclər arasında Asiya çempionatının ilk beş çəki yarışı keçirilib. Bu döyüşlərdə 65 kq çəkidə Əli Xorrəmdal, 70 kq çəkidə Əli Kərimpur və 97 kq çəkidə Əbülfəzl Babalu qızıl medal qazanıblar, Məcid Baqiri gümüş medala sahiblənib. Bu rəqabətlərdə Əli Mömini də bürünc medal qazanıb.İlk beş çəkidə üç qızıl, bir gümüş və bir bürünc medal qazanan İran təmsilçiləri 110 komanda xalı qazanıb, qoca qitənin birinciliyinə doğru böyük addım ata biliblər.

Teqlər