Putin: Ordu vətəndaş müharibəsinin qarşısını aldı
Rusiya prezidenti Vladimir Putin ölkə hərbçilərinin toplantısında deyib ki, ordu faktiki olaraq vətəndaş müharibəsinin yaranmasının qarşısını alıb.
“Vaqner” qrupunun şənbə günü baş vermiş uğursuz silahlı üsyanına toxunan Putin deyib ki, Moskva bu insident zamanı Ukraynada xüsusi hərbi əməliyyatlarda döyüş birləşmələrindən istifadə etməyə məcbur olmayıb.
Rusiya prezidenti Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” silahlılarının üsyanına toxunaraq deyib: “Xalq və ordu qiyamçıların tərəfində deyil”.
Çıxışda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Priqojinin Ukraynadakı müharibəni necə idarə etmək məsələsində fikir ayrılığına düşdüyü ordu zabitləri də iştirak edib.
Silahlı qüvvələrin şəxsi heyətini və hüquq-mühafizə orqanlarını və xüsusi xidmət orqanlarını alqışlayan putin əlavə edib ki, Rusiyanın əsl müdafiəçiləri çətin şəraitdə qiyamçıların qarşısında dayanıblar.