Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin cinayət əməllərindən narahatdır
(last modified 2024-10-13T09:13:46+00:00 )
Okt 13, 2024 13:13 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin cinayət əməllərindən narahatdır

Amnesty İnternational təşkilatının baş katibi Aqnes Kallamard verdiyi açıqlamada vurğuladı: Biz İsrail rejiminin Qəzzada tətbiq etdiyi yanaşmanı bu dəfə Livanda təkrarlamağa cəhd edə biləcəyindən çox narahatıq. Bu yanaşma görünməmiş mülki itkilərə səbəb oldu.

 

Kallamard özünün LinkedIn sosial media hesabında yazdığı mesajda belə yazıb: İsrailin (sionist rejimin) Qəzzada fələstinlilərə qarşı misli görünməmiş hücumu bölgənin mülki əhalisinə dəhşətli itkilər verib, ölüm, yaralanma, həyati əhəmiyyətli infrastrukturun geniş şəkildə dağılması, şəhərlərin dağıdılması və bu ərazinin sakinləri üçün məcburi köçkünlük halına gəlməsi ilə nəticələnib.

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi sionist rejimin Livana qarşı son vəhşi hücumlarına toxunaraq vurğulayıb ki, bu təşkilat hazırda bu rejimin Livanda da bu rejimin cinayətkar ordusu ilə eyni qəddar və anti-insani yanaşmanı həyata keçirməyə çalışmasından çox narahatdır. Qəzzəyə hücumun əvvəlindən sionistlər bu yanaşmaya əl atıblar və hələ də davam edirlər.

Teqlər