Baxmut şəhəri rus qoşunlarının tam nəzarətinə keçdi
Rusiya Müdafiə Nazirliyi bazar günü səhər saatlarında Ukraynanın Baxmut (Artımovsk) şəhərinin Rusiya qüvvələrinin tam nəzarətinə keçdiyini təsdiqləyib.
Donetsk şəhərinin şimalında yerləşən Baxmut şəhəri son aylarda Rusiya ilə Ukrayna arasında münaqişələrin əsas diqqət mərkəzində olub.Bu şəhər Donbass regionunda bir çox marşrutların keçdiyi mühüm nəqliyyat qovşağıdır.
İRNA-nın məlumatına görə; Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb: “Artımovskın taktiki marşrutu üzrə “Vaqner” bölmələrinin hücum hərəkətləri nəticəsində və “Yuq” qrupunun hava və artilleriya dəstəyi ilə Artımovsk şəhərinin azad edilməsi başa çatıb.
Rusiya prezidenti Vladimir Putin bazar günü səhər Vaqner Qrupunu və Rusiya Silahlı Qüvvələrini Baxmutun (Artımovsk) tam ələ keçirilməsi münasibətilə təbrik edib.
Ukraynadakı müharibə bütün geniş siyasi, hərbi, iqtisadi, sosial və hətta acı mədəni nəticələri ilə 16-cı ayını tamamlayır və Qərb dövlətləri hələ də Ukraynaya silah göndərir.
Avropa və Qərb ölkələri, xüsusən də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaların təzyiqini gücləndirərək, Kiyevə hər cür yüngül və ağır silahlar verməklə, Ukraynada müharibənin sona çatması istiqamətində nəinki addım atmadılar, əksinə bu ölkədə qarşıdurmaların alovu və müharibəni qızışdırdılar.
Rusiya dəfələrlə bildirib ki, Qərb silahlarının Ukraynaya göndərilməsi bu ölkədə yalnız münaqişəni uzadacaq və gözlənilməz nəticələrə gətirib çıxaracaq.