Qalibaf: İran və İraq unikal imkanlar yaratmaq potensialına malikdir
İran Parlamentinin sədri İraq Baş naziri ilə görüşdə iki ölkə arasında coğrafi və tarixi ortaqlıqları vurğulayaraq dedi: "İran və İraq ikitərəfli münasibətlərdə unikal imkanlara malikdir və İslam və ərəb ölkələri arasında regional rol oynamaqda misilsiz imkanlar yaradırlar".
Aran radiosunun məlumatına görə,İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf çərşənbə Bağdadda İraqın Baş naziri Əli Falih əl-Zeydi ilə görüşündə İranın İraqı İŞİD terrorçuları ilə mübarizədə dəstəklədiyinə toxunaraq dedi: "İran və İraq xalqları arasındakı məhəbbətin dərinliyi o qədərdir ki, Səddam rejimini dünya gücləri təhrik etsə və iki ölkə arasında müharibə başlatsa da, iki xalq bundan sonra tez bir zamanda yaxınlaşdı." O əlavə etdi: "İŞİD hücumlarından sonra İran xalqı İraqı müdafiə etmək üçün təsirli addımlar atmağa başladı, bu da İran-İraq dostluğunun yüksək və dərinliyinin göstəricisi idi." Qalibaf vurğuladı: "İraqa kömək edərkən İran şiələr, sünnilər, kürdlər, ərəblər və qeyri-ərəblər arasında fərq qoymadı və etnik və dini fərqlər də əsas deyildi. Əksinə, vacib olan İraqı müdafiə etmək idi və bu səbəbdən biz İŞİD terror hücumlarına qarşı sizinlə birlikdə olmağı özümüzə borc bildik və bu yolda böyük şəhidlər verdik."
Əli Faleh əl-Zeydi görüşdə həmçinin dedi: "Biz İraq və İranı iki ölkədə yerləşən bir millət hesab edirik. İran və İraqın tarix və coğrafiya baxımından çox oxşar cəhətləri var və taleyimiz bir-biri ilə bağlıdır."
İraq Baş naziri dedi: "İŞİD böhranında İran İraqın kömək istəyinə cavab verən ilk ölkə oldu və bu, bizim üçün çox vacibdir və əgər kimsə İraq üçün bir addım atsa, biz də onlar üçün böyük addımlar atacağıq."