Möhsün Rzayi:
İran və Misir “Məkkə razılaşması”nda təsisçi kimi iştirak edə bilər
Əgər İran bu boşluğu yaratmasaydı, ABŞ bölgədən çəkilməzdi ki, başqaları onun yerini tutsun və bizim əldə etdiyimiz qəniməti aparsınlar”, – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, İran və Misir “Məkkə razılaşması”nda təsisçi kimi iştirak edə bilər. O vurğulayıb ki, məsələ İranın artıq yaradılmış bir paktı təsdiqləməsi deyil, bu prosesdə təsisçi qismində iştirak etməsidir.
Rzayinin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan ABŞ-ın regiondan çəkilmək niyyətini bildirməsindən sonra yeni pakt yaradıblar və bu ölkələr ABŞ-ın bölgədə yaratdığı boşluğu doldurmağa çalışırlar.
“Əgər İran bu boşluğu yaratmasaydı, ABŞ bölgədən çəkilməzdi ki, başqaları onun yerini tutsun və bizim əldə etdiyimiz qəniməti aparsınlar”, – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.
O əlavə edib: “İran və Misir ‘Məkkə razılaşması’nda təsisçi kimi iştirak edə bilərlər. Bu, kiminsə ‘bizim yaratdığımız bu paktı siz təsdiqləyin’ deməsi formasında olmamalıdır.”