İran İsrailin Qəzzada Qahirə mədrəsəsinə hücumunu pisləyib
(last modified Thu, 18 Jul 2024 07:27:01 GMT )
İyul 18, 2024 11:27 Asia/Baku
  • İran İsrailin Qəzzada Qahirə mədrəsəsinə hücumunu pisləyib

Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə şəhərində Qahirə mədrəsəsinin həyətini hədəf alması hərəkətini pisləyərək bildirib: “Sionist rejim daha bir dəhşətli cinayət törətdi və çoxlu sayda günahsız vətəndaşı faciəli şəkildə qətlə yetirdi.”

Nasir Kənani 17 iyul çərşənbə günü X sosial şəbəkəsində yazıb: “Sionist rejim daha bir dəhşətli cinayət törətdi və çoxlu sayda günahsız vətəndaşı faciəli şəkildə qətlə yetirdi.”

Mətbuat katibi əlavə edib: “Hökumətlərin və beynəlxalq qurumların sionist rejimin bütün qəddarlığı, vəhşiliyi və anti-insani cinayətləri qarşısında susması və hərəkətsizliyi Qəzzə zolağında davam edən soyqırımın davamında praktiki olaraq qaniçən cəlladların əlini açıq qoyub.”

Teqlər