-
İranın Qafandakı yeni baş konsulu Əraqçi ilə görüşdü
Sen 10, 2026 11:21İranın Ermənistanın Qafan şəhərində yeni baş konsulu Davud Yayici missiyasına başlamazdan əvvəl xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. Görüşdə İran-Ermənistan münasibətlərinin, xüsusilə iqtisadi və konsulluq sahələrində daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
-
region ölkələri belə bir sui-qəsd planına imkan verməyəcəklər
Sen 10, 2026 11:09İranın Azərbaycandakı səfiri Müctəba Dəmircilo ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycanın İrana qarşı ABŞ tədbirlərinə yardım etdiyi barədə açıqlamasını tənqid edib. O, bu cür iddiaları ABŞ və İsrailin Cənubi Qafqaz və Xəzər regionunda gərginlik yaratmaq cəhdlərinin göstəricisi adlandırıb
-
“Ənsarullah müstəqildir
Sen 10, 2026 11:06İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İranın Yəmən məsələsinə müdaxiləsi ilə bağlı iddialarını rədd edərək bildirib ki, Ənsarullah müstəqil qərarlar qəbul edir və heç bir ölkədən göstəriş almır. O, Yəməndə sülhün xarici təzyiq və bombardmanlarla deyil, səmimi danışıqlar yolu ilə mümkün olduğunu vurğulayıb.
-
Tehran: Qərarın hüquqi əsası yoxdur
Sen 09, 2026 22:23Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi İrana qarşı qətnaməni 23 lehinə, 8 bitərəf və 3 əleyhinə səslə qəbul edib. İran, Rusiya və Çin isə qətnaməni hüquqi əsası olmayan siyasi addım adlandıraraq onun diplomatik səylərə zərər vurduğunu bildiriblər.
-
ABŞ-ın F-35, F-16 və F-15 qırıcılarının hangarları hücuma məruz qalıb
Sen 09, 2026 10:04İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi bölgədə ABŞ-a məxsus F-35, F-16 və F-15 qırıcılarının yerləşdiyi hangarlara raket zərbələri endirildiyini açıqlayıb.
-
Hörmüz boğazında vəziyyətin normallaşmasının yolu ABŞ-ın İslamabad anlaşmasına qayıtmasıdır
Sen 09, 2026 10:13 -
Heç bir qabaqcıl texnologiya Hörmüz boğazından keçə bilməz
Sen 09, 2026 09:58İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib: Heç bir qabaqcıl texnologiya Hörmüz boğazında bizim müşahidə və nəzarət qatlarımızdan keçmək imkanına malik deyil.
-
ABŞ-ın hərbi gəmilərinin hədəfə alınması İranın imkanlarının yalnız kiçik bir hissəsidir
Sen 08, 2026 11:40İslam Şurası Məclisinin sədr müavini bildirib: ABŞ-ın hərbi gəmilərinin hədəfə alınması və onların hərbi komandirlərinin yerləşdiyi mərkəzlərin məhv edilməsi ilə bağlı baş verənlər İranın imkanlarının yalnız kiçik bir hissəsi olub. Bizim ABŞ-ın xəyallara qapılmış hökumətinə tövsiyəmiz budur ki, onsuz da qalmamış nüfuzunuzu daha da itirməyin və mümkün qədər tez Qərbi Asiya regionunu və Fars körfəzini tərk edin.
-
Trampın Hörmüz boğazının açıq olması barədə iddiası böyük yalandır
Sen 07, 2026 10:34İran Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Möhsün Rzayi Donald Trampın Hörmüz boğazının açıq olması barədə iddiasını təkzib edərək bildirib ki, boğaz tamamilə bağlanıb və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır.
-
Amerikalılar İrandan yalnız “xeyr” cavabı eşidiblər
Sen 07, 2026 10:27İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Əli Abdullahi bildirib ki, amerikalılar 80 ildən artıqdır heç bir ölkədən “xeyr” cavabı eşitməyiblər və İrana qarşı təcavüzdən əvvəl İran xalqının təslim olacağını düşünürdülər.